Bakıda 170 nömrəli marşrut xəttinin fəaliyyəti bərpa edildi
30
okt
2017
17:50
Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən, 170 nömrəli marşrut xəttinin fəaliyyəti bərpa edilib.Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, metronun “Memar Əcəmi” stansiyası ilə (Bakı Beynəlxalq Avtovağzal Kompleksi, Sulutəpə dairəsi və Binəqədi qəsəbə mərkəzindən keçməklə) Binəqədi kəndini birləşdirən marşrut xətti sakinlərin çoxsaylı müraciəti əsasında bərpa edilib.Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, marşrut xəttinin fəaliyyəti daşıyıcı şirkət tərəfindən sərnişindaşımanın mövcud standartlarına cavab verən, texniki cəhətdən saz vəziyyətində olan avtobuslar cəlb edilməklə təşkil edilib.BAKU.WS
Oxşar xəbərlər
Bakıda "avtoş"luq edən avtobus sürücüsü CƏZALANDIRILDI (VİDEO)
Avqustun 22-də bir sıra kütləvi informasiya vasitələrində 40 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun (Dövlət Qeydiyyat Nömrəsi 10-TG-832) s...