DİQQƏT! Cərimə olunanlar bu xəbəri mütləq oxusunlar – VİDEO

DİQQƏT! Cərimə olunanlar bu xəbəri mütləq oxusunlar – VİDEO
Video
Video 5609
ARB TV-nin “Günə doğru” verilişində cərimələrin ödənilməsi zamanı yaşanan problemlərlə bağlı sujet efirə gedib.Sürücülər bəzən cərimə protokollarının ödənilməsi zamanı problemlərlə qarşılaşırlar. Problem inzibati xətaya yol vermiş sürücünün barəsində yazılmış protokolun sistemə köçürülməməsindən qaynaqlanır.Sürücü cəriməni ödəmək üçün bankavə ya poçta yaxınlaşanda çətinliklə üz-üzə qalır. Çünki ordan bildirirlər ki, cərimə sistemə oturmayıb. Belə olan halda da sürücülər də protokol cərimələrini ödəyə bilmirlər və sürücü məcbur olur ki, DYP-yə getsin və protokolu sistemə daxil etdirsin.Ərşad hüseynov (ekspert): “Əgər sürücünün elektron kabineti varsa, həmin prokotol o kabinetə 1 ay ərzində yerləşdirilməzsə, sürücü həmin inzibati qayda pozuntusuna görə, məsuliyyətdən azad olunur. 1 aylıq möhlət var”.Bəzən də elektron protokol sürücüyə göndərilmiş olsa da, sürücü aylarla banka gedərək onu ödəyə bilmir.Ərşad hüseynov (ekspert): “İnternet vasitəsilə ödəmək mümkün olmalıdır. Bank və poçtlardakı ödəniş sistemləri ilə inteqrasiya yoxdur deyə, vətəndaşlar çətinlik çəkirlər. Sistemin qüsurudur”.Digər problem isə sürücülərin qeydiyyat ünvanı ilə bağlıdır.Tural Niftalıyev (Şəki DYPB-nin təbliğat və təşviqat üzrə inspektoru): “Yol patrul xidmətinin inspektorları həmin cərimələri yerində aktivləşdirə bilirlər. Avtomobil sonuncu dəfə kimin adına qeydiyyata alınıbsa, həmin ərazi üzrə DYP-ya göndərilir”.Xarici təcrübədə isə tam fərqlidir.Ərşad hüseynov (ekspert): “Sürücü yolun bu başında radara düşürsə, onun barəsində elektron protokol tərtib olunur. Küçənin o başına çatana kimi sms gəlir. Küçənin o başında banka ödəyir və çıxıb gedir”.Tural Niftalıyev (Şəki DYPB-nin təbliğat və təşviqat üzrə inspektoru): “Sürücü həmin məktubu qəbul etməyibsə, məlumatlandırılmamışdırsa, qərar qəbul edilmir. Əgər qərar qəbul edilmirsə, 1 il keçərsə, o cərimələr xitam olunur”.Əgər göndərilmiş məktuba etiraz olunmursa, 30 gün ərzində cərimə ödənməlidir.BAKU.WS

Son xəbərlər