Azərbaycanda qeyri-adi protokol: Sürücü 0.00 manat cərimələndi - VİDEO

Azərbaycanda qeyri-adi protokol: Sürücü 0.00 manat cərimələndi - VİDEO
Video
Video 2187
ARB TV-nin "Günə doğru" verilişində bu dəfə bəzən DYP əməkdaşlarının MMK-lar vasitəsi ilə tərtib etdiyi elektron pratakollar ünvana çatmamasından danışılıb.Qanunvericilik göstərir ki, protokol tərtib olunduğu vaxtdan 2 ay keçərsə, sürücünün idarə etdiyi avtomobil dərhal və qeyd-şərtsiz DYP əməkdaşları tərəfindən duracağa salınmalıdır. Sürücülər belə hallarda hesab edir ki, onların hüquqları pozulur. Çünki bildiriş almayan sürücü harada, hansı yolda, nə zaman yol hərəkəti qaydasını pozduğunu bilmir.Bəxtiyar Əmirli (ekspert): "Bu hallar ən çox ona görə baş verir ki, mövcud sistemdə yol hərəkəti qaydaları ilə əlaqədar qayda pozuntularının nizama salınması bir az çətinlik törədir. Ya bu kadr çatışmazlığı ilə, ya da ki, onların işinin çoxluğu ilə".DYP əməkdaşları isə bildirdilər ki, belə hallar adətən sürücü qeyd olunan ünvanda yaşamadığı zaman baş verir. DYP əməkdaşının sözlərinə görə MMK-lar vasitəsi ilə çəkilş aparılqdıqdan sonra məlumatlar sistemə yonləndirilir və məktublar ünvana çatdırılması üçün elektron variantda poçtlara ötürülür. Cərimənin dərc edilərək məktub şəklində ünvana çatdırılmasına isə poçt şöbələri cavabdehdir.Bəzən məktublar ünvana çatsa da sürücülərin narazı qaldıı məqamlar olur. Sürücü Rizvan Əsədullayev bildirir ki, ünvanına gələn məktubdakı şəkildə avtomabilinin nömrəsi bilinmir. Lakin cərimə onun adına yazılıb.Rizvan Əsədullayev (Sürücü): "Məktub gələndə getdim polisə. Nə nömrə görünür, nə maşın. Dedim ki, qardaş, belə olmaz. Dedilər, ola bilsin səhvlik olub".Həmçinin sürücü Rüfəddin Yunusov telefonuna gələn bildiriş məktubuna qeyd olunub ki, sizin 0.00 manat məbləğində borcunuz var. O, bu bildirişin nə demək oluğunu anlqmada çətinlik çəkir. Sürücü müəyyən müddət sonra məbləğin artmasından narahatdır.Rüfəddin Yunusov (sürücü) : "Protokol yoxdur. 0.00 manatı hara, necə ödəməliyəm?! Bu nə dərəcədə doğrudur?"Göründüyü kimi sistemdə bəzən bu tip səhvlərin qeydə alınması mümkün olur. Nəzərə alsaq ki, qanuna görə protokol yazılan gündən 3 ay keçərsə, ödəniş etməyən vətəndaş 6 ay müddətində sürücülük hüququndan məhrum edilməlidir sonradan sürücülərin hansı çətinliklərlə üzləşdiyini təsəvvür etmək çətin deyil. Bəs belə hallarda sürücü nə etməlidir?MMX-lar, yəni Mərkəzi Məlumat Mərkəzində qeydə alınan cərimələr sürücünün pasport qeydiyyatında olduğu ünvana məktub formasında gəlməlidir. Məktubda sürücüdən törətdiyi yol hərəkəti qaydası pozuntusuna görə cərimənin məbləği, onun qısa vaxt ərzində ödənilməsi və ya 10 gün müddətində qərardan şikayət edə biləcəyi barədə məlumat verilməlidir.BAKU.WS

Son xəbərlər