Sürücü yol polisinə tabe olmadı: "Siz kimsiz mənə əmr verirsiz?"(VİDEO)

Bakıda sürücü ilə yol polisi arasında növbəti qalmaqal baş verib.
BAKU.WS xəbər verir ki, polis yol hərəkəti qaydalarını pozduğunu iddia etdiyi sürücünü saxlayıb. Polis əməkdaşı sürücüyə Hüseyin Cavid prospektində nəqliyyat vasitəsini yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozduğunu bildirib. Daha sonra sürücü belə bir qayda pozuntusuna yol vermədiyini, hadisənin görüntülərinin ona göstəriləməsini inadla yol polisi əməkdaşından tələb edib. Sürücü isə sonacan qayda pozduğunu etiraf etməyərək yol polisinin qanuni tələblərinə tabe olmayıb.
Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları çağırılıb. Sürücüyə protokol tərtib edilib.
VİDEO: Avtosfer
Aynur Ələkbərova
BAKU.WS

Oxşar xəbərlər
Sürücü ilə yol polisi əməkdaşları arasında dava (VİDEO)
Dövlət Yol Polisi əməkdaşları ilə sürücü arasında qalmaqal yaşanıb. BAKU.WS xəbər verir ki, hadisənin görüntülərini əks etdirən video sosial şəbəkədə ciddi müz...