Yol polisi ilə sürücünün şeytan söhbəti
Olmuş hadisədir və bunu avtosfer.az-a şəkili sürücü özü danışıb. Kafe işlədən şəkili sürücü marketin qarşısında maşını saxlayıb göy-göyərti alır. Marketdən çıxanda görür ki, maşının yanında bir yol polisi əməkdaşı dayanıb. Sürücü maşına yaxınlaşanda yol polisi əməkdaşı sənədləri tələb edir və sürücüyə bildirir ki, dayanma-durma qaydalarını pozub. Yaşlı sürücü də yol polisinə bildirir ki, beş dəqiqəlik dayanıb marketdən göyərti alıb və indi sürüb gedir.
Yol polisi:
- Xeyr, sənədləri verin. Cərimə yazacam.
Şəkili sürücü:
- Axı mən gedirəm, cərimə yazmayın. Nə olar ki, beş dəqiqəlik dayanmışdım, indi sürüb boşaldaram yolu.
Yol polisi:
- Olmaz. Qayda pozmusunuz, cərimə yazacam.
Sürücü yol polisinin inadkarlıq etdiyini görüb xeyli çək-çevirdən sonra "Lənət sənə, kor şeytan" deyib maşına minmək istəyir.
Yol polisi:
- Nə dedin? Məni təhqir edirsən? Yaxamda mikrofon var, səsini yazır. Gör sənin başına nə oyun açacam!
Şəkili sürücü:
- Ha indi sən şeytansan?
BAKU.WS
Oxşar xəbərlər
Bakıda yol polisi ilə sürücü arasında əlbəyaxa dava – Söyüşün biri bir qəpik (VİDEO)
Badamdar yolunda yol polisi ilə sürücü arasında mübahisə düşüb. BAKU.WS-in məlumatına görə, videonu sosial şəbəkələrdə «Azadlıq» radiosu paylaşıb. Yol polisi...