Sürücü yol polisinə sürət həddini aşdığına görə irad tutur (VİDEO)
Bu vaxta qədər yol polisləri sürücüləri saxlayır və onları cərimələyirdi. İndi isə tam başqa bir görüntülərlə üzləşmək olur. Sürücünün yol polisi avtomobilini sürət həddini aşması səbəbindən saxlatmasının şahidi olduq. Təbii ki, hadisə Azərbaycanda deyil, ABŞ-da baş verib. Heç Azərbaycanda baş verə də bilməzdi. Çünki ölkəmizdə sürücülərin yol polislərinə artıq kəlmə deməyə imkanı yoxdur. Yoxsa həm cərimə artar, həm də ...
ABŞ-da isə sürücülər yol polislərini saxlayır və onlara qayda pozmalarına görə irad bildirirlər.
BAKU.WS-in məlumatına görə, belə hadisələrdən birini çəkən sürücü, sonradan həmin görüntüləri sosial şəbəkələrdə yayıb. Videodan da göründüyü kimi bu dəfə sürücü yol polisini saxladıb və ona sürət həddini aşdığına görə irad bildirir. Yol polisi isə onun dedikləri ilə tam razılaşmasa da, iradı qəbul edir, izahat verir. Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
İcra başçısının maşını 180 sürətlə gedir (VİDEO)
Mingəçevir şəhər icra başçısının xidməti avtomobilinin sürət həddini aşması ilə bağlı video yayılıb. BAKU.WS AzNews.az-a istinadən məlumat verir ki, videonu re...