Bakıda bu dəfə cip əks yola çıxdı: Bütün polislər bu sürücünü axtarır (VİDEO)

Bakıda bu dəfə cip əks yola çıxdı: Bütün polislər bu sürücünü axtarır (VİDEO)
Video
Hadisə 3072

 

Bakıda, daha bir sürücü nəqliyyat vasitəsini əks yola çıxararaq hərəkət edib. Özüdə sürətin çox olduğu magistral yolda. Görüntünü isə kobud qayda pozan sürücü ilə eyni istiqamətdə hərəkətdə olan sürücülərdən biri çəkib. İndi Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları kadrlar əsasında həmin nəqliyyat vasitəsini və sürücünü axtarır.

Görüntü paytaxtın Xəzər rayonu, Türkan-Zığ şossesində lentə alınıb. Sürücü sürətli olan yolda qəza işıqlarını da yandırıb ki, yoluna çıxdığı sürücülər onu görsün.

Bununla belə sürücünün ağılasığmaz qayda pozuntusu bütün hərəkət iştrakçıları üçün təhlükə yardır. Sürücü avtomobili sürətlə idarə etdiyi üçün onun dövlət nömrə nişanı görünmür. Görüntünü izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov da bildirdi ki, sürücü bu hərəkəti ilə kobud qayda pozuntusuna yol verib.

Kadrlardan belə aydın olur ki, sürücü bu şəkildə kilometrlərlə məsafə qət edir. Bunu ətrafda yaşayış yerlərinin və heç bir döngənin olmaması deməyə əsas verir.

Hər halda yol polisi indi görüntülər əsasında həmin nəqliyyat vasitəsini və onu idarə edən sürücünü axtarır. Əgər onun törətdiyi xəta sübuta yetirilərsə sürücü, məhkəmənin qərarı ilə avtoxuliqanlıq hərəkətinə görə, 1 illik sürücülük hüququndan məhrum edilməklə yanaşı, inzibati qaydada da müəyyən müddətdə həbs ediləcək.

Bir müddət əvvəl bənzər qayda pozuntusuna yol verən iki sürücü 15 və 30 gün müddətinə inzibati qaydada həbs edilərək sürücülük hüququndan məhrum olunmuşdu.

BAKU.WS

Son xəbərlər