Bakıda yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq edildi - VİDEO

Bakıda yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq edildi - VİDEO
Video
Video 5004
 

Bəzi marşrut avtobusları yanacaqdoldurma məntəqələrinə sərnişinlə daxil olaraq benzin doldururlar. Bu cür hallardan şikayətin artması Bakı Nəqliyyat Agentliyini hərəkətə keçirib. Qurum belə hadisələrin bir də yaşanmaması üçün yanacaqdoldurma məntəqələrinin sahiblərinə məktub ünvanlayıb.

BAKU.WS xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mayis Ağayev Xəzər Tv-yə deyib ki, sərnişinlərin təhlükəsizliyinin təmin olunması hər şeydən önəmlidir və bu məsələdə heç kəsə güzəşt edilməyəcək.

Onu da qeyd edək ki, hazırda sərnişindaşımada çalışan sürücülərə içərisində sərnişinlə dolu yanacaqdoldurma məntəqələrinə girmək qadağan edilib və buna görə sürücüyə 3 cərimə balı, eyni anda 60 manat maliyyə sanksiyası nəzərdə tutulub. Ancaq bu məsələdə yanacaqdoldurma məntəqələrinin üzərinə heç bir məsuliyyət qoyulmayıb. Buna görə də sərnişinlə dolu avtobusların yanacaqdoldurma məntəqələrinə daxil olması halları tez-tez baş verir.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər