Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atdı - VİDEO
Sərnişinlə dolu avtobus yanacaq doldurma məntəqəsinə girir və sürücü yanacaq doldurur. Bir neçə dəqiqə sonra da avtobus yola çıxır.
BAKU.WS məlumat verir ki, "Xəzər Xəbər”in vatsap nömrəsinə göndərilən görüntülər Bakıda çəkilib. İndiyədək aparılmış maarifləndirmə və təbliğatlardan sonra bənzər hallar azalsa da, hələ də bəzi sürücülər həm öz, həm də sərnişinlərin həyatını təhlükəyə atmaqda davam edir. Baxmayaraq ki, sərnişinlə dolu avtobusların, o cümlədən banında adam daşıyan yük avtomobillərinin yanacaqdoldurma məntəqələrinə girişi qadağandır.
Bu qaydanı pozan sürücünü 3 bal və 60 manatlıq cərimə gözləyir.
Hətta yanacağı qurtarmaq üzrə olsa da, sürücü məntəqəyə avtobusun sərnişinlərini kənarda düşürüb girməldir.
Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə bildirib ki, hazırda Bakıda bir sıra daşıyıcıların normal istehsalat bazası olmadıqından avtobuslar gecələr sürücülərdə qalır. Onların məsuliyyətsizliyi isə sözügedən halların yaranmasına səbəb olur. Buna görə də sahibkarlara xəbərdarlıq edilib və yaxın aylarda istehsalat bazası olmayan daşıyıcıların avtobusları xətdən yığışdırılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
BAKU.WS
Oxşar xəbərlər
Bakıda avtobus sərnişinləri belə ölümə aparır (VİDEO)
Bakı kəndlərinə işləyən 179 nömrəli avtobusa həddən artıq çox sərnişinin mindirildiyi faktı ortaya çıxıb. Sürücü heç bir təhlükəsizlik qaydalarına əməl etməyərə...