Avtobus sürücüsü həm siqaret çəkir, həm də eyni anda telefonla danışır (VİDEO)
Avtobus sürücüsü həm siqaret çəkir, həm də eyni anda telefonla danışır. Halbuki bu iki davranışın hər ikisi ictimai nəqliyyatda qadağandır.
BAKU.WS bildirir ki, avtobus sürücüsünün bu hərəkəti avtobusda oturan sərnişinlərdən biri tərəfindən mobil telefonla lentə alınıb və "Xəzər Xəbər"-ə göndərilib.
Göndərilən məlumatda bu da qeyd olunub ki, hadisə 208 saylı marşrut avtobusunda baş verib.
Yəqin ki, həmin avtobusu işlədən sahibkar bu görüntülərdən sonra lazimi tədbirlər görəcək.
Çünki, həmin sürücü bir tərəfdən telefonla danışaraq diqqətini yayındıraraq sərnişinlərin həyatını təhlükəyə atır, ikincisi isə siqaret çəkərək avtobusda olan sərnişinlərin rahatlığına mane olur.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda sərnişinlərin həyatı ilə oynayan sürücü (VİDEO)
Bir əlində telefon, digər əlində isə siqaret. Belə vəziyyətdə də avtobusu idarə edir. Üstəlik musiqinin səsi də ətrafı bürüyüb. BAKU.WS xezerxeber.az-a istinad...