Bakıda 18 metrlik avtobus xəttə buraxıldı
Bu gün səhər saatlarında Bakı uzun sərnişin avtobusu sərnişinlərin diqqətini cəlb edib.
Şəhər sakinlərinin BAKU.WS-ə verdikləri məlumata görə, "BakuBus” şirkətinə məxsus uzun avtobus 1 saylı marşrut xətti istiqamətində işləyib. BAKU.WS-in məlumatına görə, 1 saylı avtobus xətti istiqamətində 18 metr uzunluqda 1 avtobus buraxılıb. Həmin avtobus xəttə test məqsədilə buraxılıb. Avtobus 2 saatlıq test üçün xətdə xidmət göstərdi. Yollarda sıxlıq, avtobusdan istifadə zamanı sərnişinlərin rahatlığı və s. məsələlər nəzərə alınacaq. Həmin avtobusun sərnişin tutumu 170-190 nəfərdir.
Qeyd edək ki, "Iveco Urbanway" markalı avtobus bu gün ilk dəfə olaraq Bakı küçələrində sınaq müddəti çərçivəsində hərəkət edir. Avtobus 1 nömrəli marşrut xətti istiqamətində xidmət göstərir. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda avtobusdan istifadə edən sərnişinlərə şad xəbər
Bakının bütün dayanacaqlarındakı monitorlarda avtobusların çatma vaxtı və yenilənən bütün marşrut xətləri haqda informasiyalar öz əksini tapacaq. Nəqliyyatı İ...