Bakıda avtobusdan istifadə edən sərnişinlərə şad xəbər

Bakıda avtobusdan istifadə edən sərnişinlərə şad xəbər
Sosial 1560

Bakının bütün dayanacaqlarındakı monitorlarda avtobusların çatma vaxtı və yenilənən bütün marşrut xətləri haqda informasiyalar öz əksini tapacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, hazırda Ziya Bünyadov prospektində 12 dayanacaqdakı Avtobus İnformasiya Terminallarında avtobuslara quraşdırılmış yeni izləmə avadanlıqları ilə inteqrasiya prosesi test edilir. Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən "Sərnişin stansiya qurğuları və avtomobilləri” dövlət standartı təsdiq edilib. Standartda avtobus və taksi  dayanacaqlarının tərtibatı da öz əksini tapıb. Belə ki, avtobus və taksi dayanacaqları sərnişinlər üçün informasiya məzmunlu xüsusi dayanacaq lövhələrinin təyinatından asılı olaraq müvafiq xüsusi yol nişanları  ilə təchiz olunmalıdır. "Avtobus dayanacağı” lövhəsində dayanacağın adı və ya nömrəsi, marşrutun nömrəsi, son təyinat məntəqəsi, hərəkət intervalı, marşrut üzrə birinci və sonuncu reyslərin vaxtı və s. göstərilməlidir. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda avtomobil nömrələri ilə bağlı yeni standart qəbul olundu

Azərbaycanda avtomobil nömrələri ilə bağlı yeni standart qəbul olundu

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bir neçə dövlət standartı və təsnifatı təsdiq edilib. Qurumun mətbuat xidmətindən BAKU....

2357 Sosial 15:36 05 noyabr 2015

Son xəbərlər