Bakı 90-cı illərə qayıdır (VİDEO)

Bakı 90-cı illərə qayıdır (VİDEO)
Video
Video 1149

  

Dünyada baş verən qlobal iqtisadi böhran şəraitində Azərbaycan hökuməti müxtəlif xərclərə qənaət etməyə başlayıb.

BAKU.WS-in məlumatına görə, bu xərclərdən biri də paytaxtın elektrik enerjisidir. Artıq şəhərin bəzi mərkəzi küçələrində 00:00-dan etibarən işıq lampaları söndürülür. Əvvəllər 03:00-a kimi işıqlandırma edilirdisə, indi vəziyyət tamam dəyişib. Paytaxtın mərkəzi küçələrində küçə fənərləri söndürülür və bununla da enerjiyə qənaət edilir.  

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev BAKU.WS-ə açıqlamasında məsələyə münasibət bildirib. Qurum rəsmisinin sözlərinə görə, "Azərişıq” ASC "Küçə işıqlandırması idarəsi"ni enerji ilə tam təmin etmək iqtidarındadır: 

""Küçə işıqlandırması idarəsi" bizim abonentimizdir. Onlar bizdən nə qədər enerji tələb edirsə, biz də elə o qədər veririk. Enerjiyə qənaət edirlərsə, bu onların öz işidir. Şübhəsiz ki, hazırki iqtisadi vəziyyəti nəzərə alaraq enerjiyə qənaət etmək müsbət addımdır", - deyə "Azərişıq” ASC-nin rəsmisi əlavə edib.

Bakıda gecələr elektrik enerjisinə qənaət etmək barədə tədbirlər ilk dəfə tətbiq edilmir. 90-cı illərdə də paytaxtımızda elektrik enerjisinə qənaət edilirdi. Qənaət rejimini tətbiq etmək təbii ki alqışlanılası addımdır. Ancaq mərkəzi küçələrdə elektrik enerjisinə qənaət oğurluq hadisələrinin qarşısını almaqda problemlər yarada bilər. Mütəxəssislər hesab edir ki, işıqlar söndürüldükdən sonra müşahidə kameraları vasitəsi ilə görüntü əldə etmək çətinləşəcək. Bununla yanaşı, paytaxtımızın qonağı olan turistlərin qaranlıq Bakıda gəzintisi onlar üçün heç də ürəkaçan olmayacaq. 

Şahin Həbibov

BAKU.WS 

Oxşar xəbərlər

Elektrik enerjisinə qənaət etməyin yolları

Elektrik enerjisinə qənaət etməyin yolları

Elektrik enerjisinə qənaət etməyin bir çox üsulu var. BAKU.WS-in məlumatına görə, elektrik enerjisinə qənaət etmək üçün ilk növbədə düzgün yazan sayğacdan isti...

2393 Şou-biznes 16:59 03 fevral 2016

Son xəbərlər