Polisdən sürücülərə xəbərdarlıq
Bakının mərkəzi küçələrində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, son günlər mərkəzi küçələrdə olan sıxlıq, yeni asfalt örtüyünün dəyişdirilməsi və təmir-bərpa işləri ilə əlaqədardır. Paytaxtın mərkəzi küçələrindən olan Z.Əliyeva, Puşkin, Xəqani, Bülbül və bu küçələrə bitişik digər küçə və prospektlərdə yeni asfalt örtüyünün çəkilişinə başlanıldığı üçün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdirilib.
Bununla əlaqədar mərkəzin digər küçələrində avtomobil sıxlığının yaranmaması üçün sürüclərdən alternativ yollardan və yaxud adı çəkilən küçələr üzrə avtomobillərin hərəkətində çətinliklər yaşandığı üçün ictimai nəqliyyatdan istifadə edilməsi tövsiyə olunur.
Adı çəkilən küçələrdə nəqliyyat sıxlığının yaşanmaması, eləcə də bu küçə ilə Bayıl, Azneft, 20-ci sahə istiqamətində hərəkət etmək istəyənlər üçün alternativ yol kimi Gənclik stansiyası ətrafı küçələr və Z.Bünyadaov, M.Müşfiq dairəsi, Badamdar qəsəbəsi yollarından istifadə edə bilərlər. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bu gündən etibarən Bakıda mərkəzi yollardan biri bağlanır
Avropa Qran Pri-sinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək Formula-1 yarışı ilə bağlı hazırlıq iş...