Avtovağzalda qiymət fərqi: Kassa və avtobuslarda bilet - VİDEO

Avtovağzalda qiymət fərqi: Kassa və avtobuslarda bilet - VİDEO
Video
Video 1964
 

Bakı beynəlxalq Avtovağzal Kompleksində bölgələrə sərnişin daşıyan marşrutlarda, eləcə də kompleksin kassalarında cədvəldə müəyyən edilən tarifdən daha çox pul tələb edilir. BAKU.WS xəbər verir ki, Xəzər TV bunun səbəbini araşdırıb. 

Bakı Beynəlxalq Avtovağzalında biletlərin qiymətləri kassalarda müəyyən olunan məbləğdən 80 qəpik, 1 manat, hətta 1 manatdan da baha satılır. Bundan əlavə avtobuslarda boş qalan yerlərə götürülən sərnişinlərdən faktiki tarifdən 1-2 manat daha çox pul tələb edirlər.

Vətəndaşların Xəzər Xəbərə göndərdikləri bu iddiaları araşdırmaq üçün Bakı Beynəlxalq Avtovağzalına yaxınlaşsaq da icazə almadan içəri buraxılışın mümkün olmayacağını bildirdilər. Buna görə də iddiaları dəqiqləşdirmək üçün vətəndaşlara müraciət etdik.

Vətəndaşların dediklərinin nə qədər gerçək olduğuna əmin olmaq üçün sərnişin qismində kassalara və avtobuslara da yaxınlaşdıq. Həqiqətən də kassalarda da, avtobuslarda da müəyyən edilən tariflə tələb edilən qiymət arasında 1-2 manatlıq fərq olduğunun şahidi olduq.

Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzalından şifahi olaraq bildirdilər ki, vətəndaşlar bilet almaq üçün ancaq kassalara yaxınlaşsınlar və kassadan kənar şəxslərlə heç bir sövdələşməyə getməsinlər. Çünki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərin kassadan kənar hansısa sürücü ilə qiymət razılaşmasına görə məsuliyyət daşımır. Bundan başqa neqativ halların qarşısını almaq üçün daşıyıcılarla mütəmadi görüşlər keçirilir və onlara tövsiyyələr verilir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər