Rayona gedən sərnişinlərin nəzərinə!
Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi bu gündən başlayaraq martın 28-dək gücləndirilmiş iş rejimində çalışacaq.
BAKU.WS-in məlumatına görə, bunu "Report"a açıqlamasında kompleksin növbə rəisi Məhəmməd Abdullayev bildirib. Onun sözlərinə görə, adi günlərdə 300-350 nəqliyyat vasitəsilə 7 500 - 8 500 sərnişin daşınırdısa, bayram ərəfəsində 650-700 nəqliyyat vasitəsilə 16-17 min sərnişin yola salınması planlaşdırılır. "Bakı Beynəlxalq Avtovağzal Kompleksi 10 gün əvvəlcədən həm onlayn, həm kassalarında bilet satışı həyata keçirməyə başlayıb. Bundan başqa, bayram günlərində 250-dən yuxarı nəqliyyat vasitəsi əlavə olaraq reysə buraxılacaq", - deyə M.Abdullayev əlavə edib.
Növbə rəisi hər bayramda olduğu kimi, bu dəfə də biletlərin qiymətinin süni şəkildə artırılmasının qarşısını almaq məqsədilə 11 nəfərdən ibarət Qiymət Nəzarət Komissiyasının fəaliyyət göstərəcəyini qeyd edib: "Sərnişindaşıma zamanı və ya bilet alarkən nöqsan ortaya çıxacağı halda, həmin nəqliyyat vasitəsinin sahibkarı və sürücüsü reysdən uzaqlaşdırılacaq".
BAKU.WS
Oxşar xəbərlər
Ziya Məmmədovun bəzi səlahiyyətləri əlindən alındı
Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edib. "Report" xəbər verir ki, indiyədək avtomobil nəqliyya...