Bakıda restoranların birində övladına ad günü keçirən ana hesabı vermək istəyəndə,ondan pul götürməyiblər.

Aprel şəhidimiz Seymur Baxışovun həyat yoldaşıAynur Baxışova övladı aminin 8 yaşını qeyd etmək üçün restoran danışıb. Qiymət razılaşıb vəad günü mərasimi baş tutub. Ödəniş etmək istədikdə isə "bu bizim borcumuzdur,sizin övladınızın şad gününü təşkil etmək bizim üçün fəxrdir " cavabını alıb.

Restoran sahibi müştərisinin şəhid ailəsi olduğunu biləndə hesabı götürməkdən imtina edib.

Bakıdakı restoranların biri aprel şəhidi Seymur Baxışovun ailəsinə maraqlı jest edib.Şəhidin övladı Aminin 8 yaşını qeyd etmək üçün anası restoranların birində yer rezerv edib.Lakin Aminin atasının aprel döyüşlərində şəhid olduğu barədə heçnə deməyib.Restoranda işçilərdən biri uşağı tanıdıqdan sonra isəsahibinə məlumat verib.

Aynur Baxışova deyir ki,restorana ödəniş üçün israr etsə də,razılaşmayıblar.Üstəlik Amin üçün sifarişdə olmayan əlavə xidmətlər dətəşkil ediblər.

Amin isə deyir ki,bu ad günü onun üçün unudlmayan bir gün olub.O da böyüyəndə atası kimi hərbiçi olmaq istəyir.

Aynur Baxışova deyir ki,ad günündən sonra restorandan zəng edib bildiriblər ki,bundan sonra da onların xeyir işlərini sevə sevə təşkil edə bilərlər. Məsələylə bağlı restoranla əlaqə saxlasaq da, bunu reklam üçün etmədiklərini və çəkilişə razı olmadıqlarını bildirdilər. BAKU.WS
VİDEO