Azərbaycanda bu restoranda şəhid övladlarının ad günü pulsuz qeyd edilir - VİDEO
22
avq
2017
08:58
Lənkərandakı restoranlardan birinin rəhbərliyi təqdirəlayiq addım atıb.Torpaqlarımız uğrunda şəhid olan şəxslərin övladları ad gününü öz yaxınları ilə birlikdə həmin restoranda təmənnasız qeyd edə bilər. Hətta bunun üçün ad günü olan şəhid övladına restoran tərəfindən dəvətnamə də göndərilir. Şəhid övladları 5 nəfər yaxını ilə birlikdə ad gününü burada qeyd edə bilər. Restoranın qarşısında bununla bağlı elan lövhəsi də vurulub. Sonda isə qeyd edilib ki, "Haqqı atanız tərəfindən ödənilib". Ad gününü qeyd edən şəhid ailələrinin yeməyi üçün heç bir limit yoxdur. Doğum günü süfrəsinin bəzədilməsi də ailələrin istəyinə uyğun həyata keçirilir. Tortun kəsilməsi mərasimində klounlar da iştirak edir. Ad günü qeyd edilən şəxs uşaq olarsa, mərasim ona uyğun təşkil edilir. İndiyədək bu rəstoranda ad günü qeyd edənlər də olub. Restoran rəhbərliyi tərəfindən bu cür xeyriyyə tədbirlərinin davam etdiriləcəyi bildirilib. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
"Şəhid övladlarına xidmət pulsuzdur, hesabları ataları tərəfindən ödənilib"
Lənkəran sakini Ramin Əkbərli, sahibi olduğu şirniyyat dükanında şəhid ailələrinə kömək etmək məqsədilə xeyriyyə aksiyası keçirir. O, Türkiyə mətbuatında bu tip...