Bakıda restoranda yeyib-içən müştərilər hesabı ödəmədən qaçdı - Polis onları axtarır (VIDEO)
17
okt
2017
10:26
Bakıda restoranda yeyib-içən müştərilər hesabı ödəmədən qaçıb. Bu barədə "Vaqon" restoranının sahibi Zaur İsmayılzadə BAKU.WS-ə məlumat verib. Restoran sahibi bildirib ki, 2 oğlan, 1 orta yaşlı kişi və 1 uşaq masalardan birində əyləşərək sifariş verib. Hesab gələndə isə uşaq, daha sonra digər 2 nəfər restoranı tərk edib. Sonda qalan şəxs isə işçilərin yaxınlığında olmadığını fərq edib və restorandan qaçıb. Restoran sahibi bildirir ki, müştərilər 100 manata yaxın hesabı ödəməyib. Çekdən göründüyü kimi, işbazlar özlərinə pulsuz qonaqlıq verib. Yaxşıca yerib-içən şəxslər restorana zərər vurduqdan sonra qaçıb. Restoran sahibi sözügedən şəxslərin tapılması istiqamətində tədbirlər görülməsi üçün polisə müraciət edib. ŞahinBAKU.WS
Oxşar xəbərlər
Bakıda restoranda ölüm hadisəsi baş verib
Bakıda restoranda müştəri qəfil ürəktutmasından ölüb.Hadisə Yasamal rayonunda qeydə alınıb.Belə ki, "Tbilisi" restoranında Gürcüstan vətəndaşı, 1955-ci il təvəl...