Bakıda BİABIRÇILIQ: itin belə əyləşdiyi kafedən ağsaqqal kişini qovdular (FOTO)

Bakıda BİABIRÇILIQ: itin belə əyləşdiyi kafedən ağsaqqal kişini qovdular (FOTO)
Hadisə 32176

Bu gün Bakının kafelərindən birində xoşagəlməz anlar yaşanıb.

BAKU.WS-in məlumatına görə, Rahman Haji adlı Facebook istifadəçisi öz hesabında Coffeeshop Company-da bir yaşlı kişiyə qarşı hörmətsizlik olduğunu bildirib. İstidə boş stol arxasında əyləşərək bir az nəfəsini dərmək istəyən kişiyə ofisiant yaxınlaşaraq bir stəkan su və 1 manat verib sonra isə iaşə obyektini tərk etməyi təklif edib. O, bunun restoran rəhbərliyinin göstərişi olduğunu bildirib. Kişi ofisianta baxaraq isti olduğunu və bir az dincəlmək istədiyini bildirib.

Restoranda cəmi 3 stolun boş olmasına baxmayaraq ağsaqqal kişiyə orda yer tapılmayıb. Rahman Haji hətta öz itinin belə restoranda problemsiz əyləşdiyini, ancaq bu ağsaqqal kişiyə iaşə obyektində yer olmadığını vurğulayır. Qəhrəmanımız ofisianta ağsaqqal kişi üçün sifariş verib onu restoranda əyləşdirmək təklifi edəndə ofisiant rəhbərliyin göstərişini xatırladaraq razı olmayıb. Vəziyyəti belə görən ağsaqqal kişi kafeni tərk edib. Heç 5 metr getməmiş isə yerə çökərək oturub. Rahman Haji ağsaqqal kişiyə yaxınlaşaraq onun nə istədiyini soruşub və ona pul verib. Ağsaqqal "heç nə lazım deyil oğlum, 5 dəqiqə oturub gedəcəm" deyərək oradan uzaqlaşıb. 

Sonda Rahman Haji "İnsanların "birinci" və "ikinci" sorta ayrıldıqları yerdə mən yoxam. Sizə də ora getməyi məsləhət görmürəm" deyə bildirib. 

BAKU.WS

Oxşar xəbərlər

Ər yataq otağında arvadını başqa kişi ilə yaxaladı (VİDEO+18)

Ər yataq otağında arvadını başqa kişi ilə yaxaladı (VİDEO+18)

Rusiyada çəkilən bir video sosial şəbəkələrdə şok effekti yaradıb. BAKU.WS-in məlumatına görə, rayona gedən ər qəflətən evə geri qayıdıb və arvadını başqa kiş...

19223 Hadisə 17:54 31 mart 2016

Son xəbərlər