Sudanlı kişini təcavüz etdiyi keçi ilə evləndirdilər
Sudanda qəribə hadisə baş verib.
BAKU.WS-in məlumatına görə, bir keçiylə cinsi əlaqəyə girərkən tutulan şəxsə maraqlı cəza verilib. Sudanlı şəxsə cəza olaraq heyvanın sahibinə 15 min Sudan dinarı (25 AZN) təzminat ödəməsi və keçi ilə evlənmək qərarı verilib.
Keçinin sahibi Alif bildirib ki, gecə səslər eşidib. Bundan sonra hərəkətə keçən kişi Tombe adlı oğlanı görüb. Onun keçiylə cinsi əlaqəyə girdiyini deyən Alif sözlərinə belə davam edib:
"Ona burada nə edirsən? deyə soruşduğumda qorxub keçinin üzərindən düşdü. Mən də onu tutub bağladım. Ağsaqqallar şurasından soruşdum. Onu polisə aparacağımı dedim. Ağsaqqallar isə keçinin artıq onun həyat yoldaşı olduğunu və kişinin keçiyə görə 15 min Sudan dinarı ödəməli olduğunu söylədilər. Mən də elə etdim. Keçiyi həmin kişiyə ərə verdim. Bildiyim qədəriylə hələ də birlikdə yaşayırlar", - deyə Alif söyləyib.
BAKU.WS
Oxşar xəbərlər
Ərəb şeyxi qulluqçusuna təcavüz etdiyi üçün həbs olundu
ABŞ-dakı malikanəsində işlətdiyi qadını cinsi əlaqəyə məcbur edən şəhzadə Məcid İbn Abdullah İbn Əbdüləzizə cinayət işi açılıb. BAKU.WS məlumat verir ki, Səudi...