Rihanna: “Qarşıma çıxan hər kəslə yatmıram” (FOTO)
Hollivudun ən populyar müğənnilərindən olan Rihanna jurnalistlərə şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib. BAKU.WS-in məlumatına görə, müğənni 10 ildir birlikdə olduğu Çaris Brovnla ayrıldıqdan sonra tənha olduğunu bildirib. Müğənninin sözlərinə görə, o bir kişi ilə birlikdə ola bilmir: "Zamanımı bir nəfərə sərf edə bilmərəm və həmin adamdan da sədaqət gözləmirəm”. Mətbuatda əxlaqsızlığı ilə tanınan Rihanna göründüyü kimi olmadığını bildirib. O, əslində haqqında səslənən dedi-qoduların doğru olmadığını vurğulayıb.
"İnsanlar özlərindən hekayələr düzəltməyi sevirlər. Birlikdə göründüyüm hər kişi ilə yatdığımı deyirlər. Guya tanış olduğum hər kəslə cinsi əlaqəyə girirəm. Bir gecə birinlə yatıb, sabah başqası ilə gəzirəm. Əslində bütün bunlar yalandır. Seks mənim üçün vacib məsələdir. Lakin qarşıma çıxan hər kəslə yatmıram”, - deyə Rihanna gözlənilməz açıqlama verib.
Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Məşhurlar ticarət mərkəzlərində (FOTO)
Qadınların ümumiyyətlə alış-verişə sərbəst və əsas da idman stilində geyinərək getməyə üstünlük verirlər. Ancaq məşhurlarda bu fərqlidir. Hamısı olmasa da əksər...