Deputat bu şəxslərin ailəsinə 150 min manat kompensiyaya ödənilməsini təklif etdi

Deputat bu şəxslərin ailəsinə 150 min manat kompensiyaya ödənilməsini təklif etdi
Sosial 42

"Korrupsiya ilə bağlı məlumat verən şəxs və ya onun yaxınları bu səbəbdən həlak olduqda ailəsinə 20 min manat müavinət ödənilməsi nəzərdə tutulur. Bu, olduqca kiçik bir rəqəmdir".

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Qüdrət Həsənquliyev parlamentdə "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, indiki şərtlər altında bu rəqəm ən azı 150 min manat nəzərdə tutulmalıdır:

"Digər tərəfdən, iştirakçılıqla törədilən cinayətlərdə şəxs özü həmin cinayətin iştirakçısı olubsa, onun cinayətin hazırlanmasında, həyata keçirilməsində rolu mütləq nəzərə alınmalıdır. Bu məsələlər də qanunvericilik qaydasında öz həllini tapmalıdır".

Deputat hesab edir ki, həmin şəxslər cəmiyyətdə qınanılmamalıdır:

"Biz də cəmiyyəti hazırlamalıyıq ki, belə cinayətlər barədə onlar hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etsin, bu barədə də dövlət orqanlarını məlumatlandırsınlar".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər