Tehran kafelərində qəlyan və canlı musiqi qadağan edildi
06
okt
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Tehran şəhərində kafelərdə qəlyan təqdim edilməsi, canlı musiqi ifalarının təşkili və DJ fəaliyyətinə qadağa qoyulub.
BAKU.WS xəbər verir ki, bunu Tehran Böyükşəhər Polis İdarəsinin ictimai məkanlara nəzarət şöbəsinin rəhbəri Əli Rəfiei açıqlayıb.
Onun sözlərinə görə, kafelər yalnız fəaliyyət göstərdikləri sahə və aldıqları lisenziya çərçivəsində xidmət göstərməlidir. Qəlyan təqdim edən, canlı musiqi və DJ proqramları təşkil edən, eləcə də qumarla bağlı fəaliyyət göstərən obyektlərlə bağlı polis tədbir görəcək.
Oxşar xəbərlər
İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib
İraqın dövlət büdcəsi son 17 ildə ölkənin şimal bölgələrindən neft və neft məhsullarının qaçaqmalçılığı, fırıldaqçılıq sxemləri nəticəsində təxminən 303 milyard...