Abromoviç ofisianta 2 min bəxşiş verdi

Abromoviç ofisianta  2 min bəxşiş verdi
Şou-biznes 1004

 

Egey tətilini Marmaris sahillərində keçirən rus milyarder Roman Abramoviç bu dəfə də maraqlı addımı ilə gündəmə gəlib. Velosiped turu üçün gəldiyi körpüdə gəminin lövbərinin ipini tutan ofisianta 2 min pul verib. 

BAKU.WS məlumat verir ki, Roman Abromoviçin 2 min pul verdiyi ofisiant iş adamının bir neçə dəfə onun işlədiyi restorana gəldiyini deyib:

"Gəmi limana yaxınlaşdığında Abramoviç olduğunu anlaya bilmədim. Gəmidən düşüncə o olduğunu bildim. Qayıdanda mühafizəçiləri əlimə 2 min lirə pul verdi. Abramoviç çox təvazökar insandır. Keçən il də velosipedlə Səlimiyəyə gedərkən restoranımıza gəlmişdi", - deyə ofsiant bildirib.

Lüks yaxtası ilə dənizdə tura çıxan rus milyarder Egey sahillərində tətilini davam etdirib. İş adamının "Eclipse" adlı yaxtası təxminən 165 metr uzunluğundadır. Ailəsiylə birlikdə tətil edən rus milyarder 25 min dollarlıq velosipedi ilə Egey sahillərini gəzib. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər