Azərbaycanlılar olan gəmi 5 aydır ki, dənizin ortasında qalıb (FOTO)

Azərbaycanlılar olan gəmi 5 aydır ki, dənizin ortasında qalıb (FOTO)
Hadisə 1258

İçərisində azərbaycanlıların olduğu Toqo bayrağı altında üzən universal gəmi 6 aydır ki, Şimali Kipr Cumhuriyyəti sahillərində qalıb. 

BAKU.WS-in məlumatına görə, bir özəl şirkətə məxsus gəmidə yola çıxan 12 azərbaycanlı heyət üzvü gəmi xarab olunca suların ortasında qalıb. Gəminin aid olduğu şirkət gəmini təmir etmək üçün vəsaitin olmadığını əsas gətirərək 12 nəfərlik heyəti taleyin ümidinə sularda buraxıb. 5 aydır Gazimağusa limanı yaxınlığında dayanan gəminin kapitanı və heyət üzvləri isə artıq hazırkı vəziyyətə üsyan edir. Onlar xeyirxah insanların gəmiyə yemək və su gətirdiyini, ancaq maaşlarını alaraq buradan vətənə dönmək istədiklərini deyiblər. 

Gəminin kapitanı Rəcəb Kazımov mart ayında gəmidə çalışmaq üçün ona dəvət gəldiyini və bu təklifi qəbul etdiyini deyib: "İndi 12 nəfərlik heyətdən cəmi 4 heyət üzvü qalıb. Xəstələnən dostlarımızı həkimə aparmaq üçün pulumuz yoxdur. Gəminin sahibi olduğu şirkət rəhbərliyinə vəziyyət barədə məlumat vermişik. Gəmi bir dəfə təmir olundu, ancaq yenə xarab oldu. Burada çıxılmaz vəziyyətdə qalmışıq”. 

Məsələni diqqətdə saxzlayırıq. 

Azad Əliyev

BAKU.WS

Oxşar xəbərlər

“Yanq Boyz”un kapitanı: “Qarabağ”la oyunda aciz vəziyyətdə idik”

“Yanq Boyz”un kapitanı: “Qarabağ”la oyunda aciz vəziyyətdə idik”

"Qarabağ"la Avropa Liqası oyunundan sonra rəqib komandanın kapitanı oyun haqda fikirlərini bildirib. BAKU.WS-in məlumatına görə, futbolçu komandasını tanımadı...

933 İdman 15:10 21 avqust 2015

Son xəbərlər