Rus modeli karaoke-restoranda vəhşicəsinə döydülər (VİDEO)
Rusiyanın paytaxtı Moskva şəhərində 31 yaşlı modeli vəhşicəsinə döyüblər. BAKU.WS-in məlumatına görə, hadisə "Royal Arbat” karaoke-restoranında baş verib. Restoranda model Yekaterina K. öz rəfiqələrilə əylənirmişlər. bu zaman qonşu stolda oturan bir neçə gənc kişi onlarla tanış olub. Dostlar əvvəlcə qızlara gül verib. Onlara yemək və içki sifariş ediblər. Sonradan dostlardan biri musiqi sifariş edib və Yekaterinanı rəqsə dəvət edib. Rəqs zamanı kişi modelə gözəl sözlər deyib. Sonra isə onu evinə dəvət edib. "İstəyirəm ki, mənim üçün səhər yeməyi hazırlayasan”, - deyən kişi modeli evlərinə aparmaq istəyib. Qadın razılaşmayanda, onunla kobud rəftar edib. Bu zaman model və rəfiqələri sərxoş kişini sakitləşdirmək istəyiblər. Buna nail ola bilməyən qızlar kişinin dostlarını çağırıblar. Dostları Yekaterina ilə rəqs edən kişini sakitləşdirmək əvəzinə gülməyə başlayıblar. Sonra isə "centlemen”lər Yekaterinadan mahnı oxumağı tələb ediblər. Özünü yaxşı hiss etmədiyini deyən model taksi çağırıb və getmək istəyib. Lakin onunla rəqs edən kişi qızın qolundan yapışıb və onu döyüb. "Mən heç nə edə bilmədim. O, məndən çox güclü idi”, - deyə model bildirib. Sonra sərxoş kişi modeli huşunu itirənə qədər döyüb. Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
ABŞ-da restoranda növbə üstündə iki qadın saçyolduya çıxdı (VİDEO)
Restoranda yemək sifariş vermək üstündə iki qadın saçyolduya çıxıb. BAKU.WS-in məlumatına görə, hadisə gecə saatlarında ABŞ-da qeydə alınır. Yemək sifarişi zam...