Azərbaycanda ərəb turistlərə 617 manatlıq hesab ödətdirdilər (FOTO)

Azərbaycanda ərəb turistlərə 617 manatlıq hesab ödətdirdilər (FOTO)
Hadisə 12254
Azərbaycanın rayonlarından birində xoşagəlməz hadisə baş verib. Turizm şirkətlərindən birindən BAKU.WS-ə verilən məlumata görə, 10-u böyük, 5-i uşaq olmaqla 15 nəfərlik ərəb turistdən ibarət qrupa Qəbələyə tur təşkil edilib. Yolda turistlər "Unikal" restoranında qəlyanaltı etmək qərarı verib. Ərəb turistlərə bu qəlyanaltı 617 manata başa gəlib: "Bələdçi əvvəlcə ofisiantlardan menyu soruşub və cavabında menyu olmadığını bildiriblər. Sonra kabab porsiyasının qiymətini soruşdular. Cavab verdilər ki, bir porsiya 11 manatdır. Ərəblər yemək sifariş verib və daha sonra hesab istəyib. 617 manatlıq hesab gəlib. Qiymətlər qəbzdə göstərilmişdi. Turistlərin qiymətə narazılığına restoranın sahibi belə cavab verib: "Mən ölkədə ən gənc generalam və heç kəs mənə heç nə deyə bilməz". Sonra təhqiramiz sözlərlə ərəbləri söyməyə başladı. Bələdçi qızın bu sözlər qarşısında ağlamağa başlamasından sonra turistlər hesabı ödəmək məcburiyyətində qalıb. Restoran sahibinin sözlərinə görə, İsmayıllı rayonunun polisinə müraciət etmək mənasızdır", - deyə şirkətdən BAKU.WS-ə bildirilib. Həmçinin turizm şirkətindən qeyd etdilər ki, ərəblər praktik olaraq eyni sifariş üçün Qəbələdə restoranda cəmi 220 manat ödəyib. NazimBAKU.WS

Oxşar xəbərlər

Ərəb turisti "28 may"dan "Sahil"ə 300 manata aparıblar

Ərəb turisti "28 may"dan "Sahil"ə 300 manata aparıblar

Son bir ildə ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayında çox ciddi artım var. Bunun şahidi olmaq üçün Bakı şəhərinin mərkəzi küçəsi olan Nizami küçə...

16923 Sosial 22:19 06 iyul 2017

Son xəbərlər