“Mado”dan “Power Bank” açıqlaması - FOTO

“Mado”dan “Power Bank” açıqlaması - FOTO
Sosial 8821

"Mado" restoranında müştəriyə 22 manatlıq hesab əvəzinə 57 manat ödəməli olduğu göstərilib. 

Sosial şəbəkədə qəbzin fotosunu paylaşan müştəri bununla bağlı öz etirazını bildirib. Restoranın marketing şöbəsindən BAKU.WS-ə müştəriyə həqiqətən də müştəriyə belə bir hesab təqdim edildiyi təsdiq edilib.

Bildirilib ki, adətən "Mado»da yemək yeyərkən bəzi müştərilər telefonunun batareyasını doldurmaq üçün "Power Bank” sifariş edir. Həmin müştərilərə əlavə olaraq 35 AZN artıq hesab yazılır. "Power Bank” qaytarıldıqdan sonra isə həmin məbləğ hesabdan silinir.

BAKU.WS

Son xəbərlər