Dəniz kənarındakı məşhur restoranda dava

Dəniz kənarındakı məşhur restoranda dava
Hadisə 3715
 

Bakıda dənizkənarı restoranlardan birində dava düşüb.

BAKU.WS "Report”a istinadən xəbər verir ki, Xəzər rayonu, Mərdəkan çimərliyində yerləşən "Black Jack” restoranında iki naməlum şəxs obyekt sahibi ilə hesab üstündə mübahisə edib.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

Hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları gəlib.

Restoran sahibi ilə mübahisə edən şəxslərdən biri - Pərvin Mehrəliyev saxlanılıb.

Məlum olub ki, mübahisə zamanı P.Mehrəliyevin tanışı özünə şüşə butulka ilə xəsarətlər yetirib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər