Azərbaycanda bəy toy günü şəhid dostunun məzarı başına getdi, halallıq istədi (VİDEO)

29
noy
2018
09:07
Azərbaycanda keçirilən toy mərasimi qeyri-adiliyi ilə yadda qalıb. BAKU.WS femida.az-a istinadən xəbər verir ki, Mingəçevirdə baş tutan toy mərasimində bəy Anar Poladov xanımı ilə birlikdə şəhid dostunun məzarını ziyarət edib. O, sosial şəbəkələrdə aprel şəhidi Adil Adilzadənin məzarını ziyarət etdiyi videonu paylaşaraq bu sözləri yazıb: "Ən böyük arzularımızdan biri də bir-birimizin toyunda iştrak etmək idi. Amma qismət belə imiş, dostum... Məkanın cənnət olsun. Səni ziyarət etmədən o toyda rahat ola bilməzdim.." Xatırladaq ki, MAXE Adil Adilzadə 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olub. Məzarı Mingəçevir Şəhər Şəhidlər Xiyabanında yerləşir. BAKU.WS
Oxşar xəbərlər
Ərdoğanla azərbaycanlı mayorun səmimi söhbəti – VİDEO
Xəbər verdiyimiz kimi iyulun 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziya...
