Zakir Həsənov şəhid atasının kredit borcunu ödədi - FOTO
10
iyl
2018
15:13
Aprel döyüşlərində şəhid olan müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu (MAHXHQ) Adil Adilzadənin çətin durumda olan atasının kredit borcu həll edilib.BAKU.WS xəbər verir ki, şəhidimizin kredit borcunu Azərbaycan Respublikasının Müdafiə Naziri Zakir Həsənovun ödədiyi məlum olub.Xatırladaq ki, yerli KİV-lərdə və sosial şəbəkələrdə aprel döyüşlərində şəhid olan hərbi qulluqçu (MAHXHQ) Adil Adilzadənin atası çətin durumda olması ilə bağlı xəbərlər yer almışdı. Şəhid atası Kamran Adilzadə banka olan kredit borcunu ödəməkdə çətinlik çəkdiyini bildirmişdi. Şəhid atası bildirib ki, ötən il yanvar ayında “Azərkredit” bank olmayan kredit təşkilatından 1300 dollar kreditə pul götürüb.“1 il 4 aydır ki, pul ödəyirəm. Yenidən müqavilə bağlanıb ki, 1240 manat borcum var. Bildirilər ki, 1240 manatın üzərinə faiz gəlmir. 4 il müddətinə ayda 26 manat ödəməlisən. Ödəməsəm məhkəməyə verəcəklər. Şəhid atası olduğum üçün “Kapital” bank 600 manat borcumu bağışladı. Bunlar isə bağışlamır”.Adıçəkilən kredit təşkilatı xaricdən maliyyələşdiyi üçün krediti tam bağışlaya bilmədiklərini açıqlamışdı.Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Adil Adilzadə aprel döyüşlərində şəhid olub. O döyüş zamanı 17 erməni hərbçisini məhv edib. 2016-cı ilin 11 aprel tarixində Adil Adilzadə doğulduğu Mingəçevir şəhərində torpağa tapşırılıb. 21 may tarixində Adil Adilzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.BAKU.WS
Oxşar xəbərlər
Şəhid atasından ürəkdağlayan sözlər: "Oğlum "mən qəhrəman kimi qayıdacam" deyirdi"
"Oğlum "mən qəhrəman kimi qayıdacam, ya da bayrağa bükülüb gələcəyəm" deyirdi".BAKU.WS xəbər verir ki, bunu "Report"un Qərb bürosuna şəhid Adil Tatarovun atası...