“Yuventus” - “Napoli” oyununda 7 qol vuruldu - VİDEO
01
sen
2019
13:18
Avqustun 31-də futbol üzrə İtaliya A Seriyasının ikinci turuna start verilib.BAKU.WS xəbər verir ki, son çempion “Yuventus” ötən il A Seriyanı ikinci pillədə başa vuran “Napoli”ni qəbul edib. “Allianz” stadionunda baş tutan görüşdə 7 qol vurulub. Görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.Turin təmsilçisinin heyətində Danilo, Kriştiano Ronaldo, Kalidou Kulibali (avtoqol) və Qonsalo Hiquain, neapolluların heyətində isə Kostas Manolas, Hirvinq Lozano və Jovani Di Lorenzo fərqləniblər.Günün digər oyunda “Milan” “Breşiya” komandasını minimal hesabla məğlub edib (1:0).Qeyd edək ki, turun digər oyunu sentyabrın 1-2-də keçiriləcək. (Azertag.az)
Oxşar xəbərlər
“Neftçi” UEFA Avropa Liqasında mübarizəsini dayandırıb
UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Bney Yehuda” - “Neftçi” oyunu başa çatıb.BAKU.WS xəbər verir...