“Neftçi” UEFA Avropa Liqasında mübarizəsini dayandırıb

“Neftçi” UEFA Avropa Liqasında mübarizəsini dayandırıb
İdman 626
UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Bney Yehuda” - “Neftçi” oyunu başa çatıb.BAKU.WS xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində yeganə qolun müəllifi 90-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Emin Mahmudov olub.Beləliklə, “Neftçi” iki oyunun nəticəsinə əsasən UEFA Avropa Liqasında mübarizəsini dayandırıb.“Bney Yehuda” klubu play-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin qalibi ilə qarşılaşacaq.22:25İsraildə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gələn "Bney Yehuda" və "Neftçi" komandaları arasında oyunda ikinci qol vurulub.Qarşılaşmanın 66-cı dəqiqəsində İsrial futbolçuları ikinci dəfə fərqləniblər.Tambi komandasının ikinci qoluna imza atıb - 2:0.21:50İsraildə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gələn "Bney Yehuda" və "Neftçi" komandaları arasında oyunda hesab açılıb.Qarşılaşmanın 14-cü dəqiqəsində meydan sahiblərinin heyətində Dor Yan hesabı açıb - 1:0.21:20UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Bney Yehuda”-“Neftçi” oyunu başlayıb.BAKU.WS xəbər verir ki, Petah Tikvadakı “Ha Moshava” stadionunda oynanılacaq görüşdə “Neftçi” meydançaya Səlahət Ağayev, Anton Krivotsyuk, M.Mbodj, Kirilo Petrov, Ömər Buludov, Emin Mahmudov, Soni Mustivar, Kane, Dario Frederiko, Rauf Əliyev və Jozef-Monrozdan ibarət heyətlə çıxıb.Meydan sahiblərinin heyətində isə Emiliyus Zubas, Din Mori, Daniel Felczer, Amir Rustom, Şay Mazor, Avişay Koen, İsmaila Soro, Tambi Saqas, Dor Yan, Mohammed Qadir və Alban Pnişi yer alıblar.Cavab qarşılaşmasının baş hakimi Daniele Doveridir. Ona Alessandro Kostantso və Alesio Tolfo kömək edirlər. Fabritsio Paskua dördüncü hakim funksiyasını yerinə yetirir.Oyunun hakim-inspektoru fransalı Stefan Lannoy, UEFA nümayəndəsi isə estoniyalı Tarqo Kaldoyadır.Qeyd edək ki, “Neftçi” komandası “Bney Yehuda”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, play-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin qalibi ilə qarşılaşacaq. İsveç komandası evdə keçirdiyi ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər