“Neftçi” bu gün “Bney Yehuda” ilə qarşılaşacaq
15
avq
2019
09:47
“Neftçi” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.BAKU.WS xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsinin cavab matçı çərçivəsində İsraildə “Bney Yehuda”nın qonağı olacaq.Avqustun 8-də “Bakcell Arena”da reallaşan ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 2:2. Rəqibin heyətində 26-cı və 36-cı dəqiqələrdə müvafiq olaraq Tambi Saqasla Muhammed Qadir fərqlənib. Oyunun 43-cü dəqiqədə Stiven Monroz hesab arasındakı fərqi azaldıb. 90+7-ci dəqiqədə isə Namiq Ələsgərov bərabərlik qolunu vurub.Qeyd edək ki, “Neftçi” “Bney Yehuda”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin güclüsü ilə qarşılaşacaq. İsveç komandası evdə keçirdiyi ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.Avropa LiqasıIII təsnifat mərhələsi, cavab oyunu21:00. “Bney Yehuda” – “Neftçi”Baş hakim: Daniele DoveriYan xətt hakimləri: Alessandro Kostantso və Alesio TolfoDördüncü hakim: Fabritsio Paskua (hakimlər briqadası İtaliyadandır)Hakim-inspektor: Stefan Lannoy (Fransa)UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)Petah Tikva, “Ha Moshava” stadionu.
Oxşar xəbərlər
"Neftçi"nin baş məşqçisi: "Rəqibin cüzi üstünlüyü var"
"Sabah bizi güclü komanda ilə çətin oyun gözləyir. Çünki rəqibimiz yaxşı hazırlıqlıdır. İlk oyunda düzgün mövqe seçərək arxada qapandılar və fərdi keyfiyyətlərə...