"Qarabağ" və "Neftçi"nin potensial rəqibləri - SİYAHI
03
avq
2019
13:43
UEFA Avropa Liqasının "pley-off" mərhələsinin püşkatma mərasimi üçün səbətlərin tərkibini açıqlayıb.BAKU.WS xəbər verir ki, qruplara gedən yolun sonuncu mərhələsində Azərbaycanı iki klub təmsil edə bilər. Bu, "Qarabağ" Kipr APOEL-ini keçə bilməyəcəyi, "Neftçi"nin isə İsrail "Bney Yehuda"sını üstələyəcəyi halda baş verəcək."Qarabağ" Çempionlar Yolunda daha yüksək reytinqlilərin yer aldığı səpələnmişlər səbətinə düşəcək. Rəqib isə yenidən İrlandiya "Dandolk"u ola bilər:"Sutyeska" (Monteneqro) / "Linfild" (Şimali İrlandiya) cütünün qalibi"Lüdoqorets" (Bolqarıstan) / TNS (Uels) cütünün qalibi"Sarayevo" (Bosniya və Herseqovina) / BATE (Borisov, Belarus) cütünün qalibi"Astana" (Qazaxıstan) / "Valletta" (Malta) cütünün qalibi"Slovan" (Bratislava, Slovakiya) / "Dandolk" (İrlandiya) cütünün qalibi"Neftçi" isə Liqa Yolunda "Bney Yehuda"nı üstələyəcəyi halda, səpələnmişlər səbətindəkilərdən biri ilə qarşılaşacaq:"Antverpen (Belçika) / "Viktoriya" (Plzen, Çexiya)"Bröndbü" (Danimarka) - "Braqa" (Portuqaliya)"Vaduts" (Lixtenşteyn) - "Ayntraxt" (Frankfurt, Almaniya)"Malmö" (İsveç) / "Zrinski" (Bosniya və Herseqovina)"Partizan" (Serbiya) / "Malatyaspor" (Türkiyə)Qeyd edək ki, daha əvvəl "Qarabağ"ın APOEL səddini keçəcəyi təqdirdə səpələnmişlər səbətindəki cütlərdən birinin qalibi ilə qarşılaşacağı açıqlanıb:PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya)ÇFR (Kluj, Rumıniya) - "Seltik" (Şotlandiya)"Srvena Zvezda" (Serbiya) - "Kopenhagen" (Danimarka)"Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan)Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunlar 20-21 avqust və 27-28 avqustda, Avropa Liqasında isə müvafiq olaraq, 22 avqust və 29 avqustda keçiriləcək. İlk matçlar adları birinci göstərilmiş komandaların meydanlarında olacaq.
Oxşar xəbərlər
“Qarabağ”ın potensial rəqibi bilindi
Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.BAKU.WS xəbər verir ki, püşkatma nəticəsində “Qarabağ”ın da potensial rəqibi bilinib.Ağdam təmsilçis...