“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib
İdman 2529
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.BAKU.WS “report”a istinadən xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Belarusun BATE komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə Hollandiyanın PSV kollektivi ilə qarşılaşacaq.Qeyd edək ki, "Qarabağ" və BATE komandaları arasında ilk matç avqustun 7-də Bakıda, cavab görüşü isə ayın 14-də Borisovda olacaq. Hər iki qarşılaşma saat 21:00-da başlayacaq.Çempionlar LiqasıPley-off mərhələsiÇempionlar Yolu"Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya) cütünün qalibi - "Zaltsburq" (Avstriya) / "Şkendiya" (Makedoniya) cütünün qalibi"Qarabağ" (Azərbaycan) / BATE (Belarus) cütünün qalibi - PSV (Hollandiya)"Yanq Boyz" (İsveçrə) - "Astana" (Qazaxıstan) / "Dinamo" (Zaqreb, Xorvatiya)"Malmö" (İsveç) / "Videoton" (Macarıstan) cütünün qalibi - "Seltik" (Şotlandiya) / AEK (Afina, Yunanıstan) cütünün qalibiLiqa Yolu"Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə) cütünün qalibi - PAOK (Yunanıstan) / "Spartak" (Moskva, Rusiya) cütünün qalibi"Standard" (Belçika) / "Ayaks" (Hollandiya) cütünün qalibi - "Slaviya" (Praqa, Çexiya) / "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi BAKU.WS

Son xəbərlər