“Qarabağ”ı Çempionlar Liqasında gözləyən nəhəng klublar - SİYAHI
18
iyl
2019
16:49
“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.BAKU.WS qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu 2-ci təsnifat mərhələsində İrlandiyanın “Dundalk” klubunu mübarizədən kənarlaşdırarsa, səpələnəməmişlər səbətində yer alacaq.Bu isə o deməkdir ki, iyulun 22-də keçiriləcək püşkatmada “Qarabağ”a nisbətən reytinqi yüksək olan, səpələnmişlər səbətindəki komandalardan biri ilə düşə bilər.Çempionlar Liqası, III təsnifat mərhələsiSəpələnmişlər: “Ayaks” (Hollandiya), “Seltik” (Şotlandiya) - “Nomme Kalyu” (Estoniya) cütünün qalibi, “Kopenhagen” (Danimarka) - TNS (Uels) cütünün qalibi, “Dinamo” (Zaqreb, Xorvatiya) - “Saburtalo” (Gürcüstan) cütünün qalibi, BATE (Belarus) - “Rusenborq” (Norveç) cütünün qalibi, APOEL (Nikosiya, Kipr) - “Sutyeska” (Monteneqro) cütünün qalibiSəpələnməmişlər: PAOK (Yunanıstan), “Dandolk” (İrlandiya) -“Qarabağ” (Azərbaycan) cütünün qalibi, “Maribor” (Sloveniya) - AIK (İsveç) cütünün qalibi, “Srvena Zvezda” (Serbiya) - HİK (Finlandiya) cütünün qalibi, “Makkabi” (Tel-Əviv, İsrail) - "CFR Kluj" (Rumıniya) cütünün qalibi, "Ferensvaroş" (Macarıstan) - "Valetta" (Malta) cütünün qalibi.
Oxşar xəbərlər
UEFA “Qarabağ”ın mümkün rəqiblərini müəyyənləşdirib
Çempionlar Liqasında 2019/20 mövsümünün I təsnifat mərhələsinin sabah keçiriləcəyi püşkatma ərəfəsində UEFA komandaları qruplara bölüb.BAKU.WS APA-ya istinadən...