“Bney Yehuda” və “Neftçi” komandalarının start heyətləri açıqlanıb

“Bney Yehuda” və “Neftçi” komandalarının start heyətləri açıqlanıb
İdman 333
UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində “Bney Yehuda” və “Neftçi” komandaları arasında avqustun 15-də saat 21:00-da keçiriləcək qarşılaşmanın start heyətləri açıqlanıb.BAKU.WS xəbər verir ki, Petah Tikvadakı “Ha Moshava” stadionunda oynanılacaq görüşdə “Neftçi” meydançaya Səlahət Ağayev, Anton Krivotsyuk, M.Mbodj, Kirilo Petrov, Ömər Buludov, Emin Mahmudov, Soni Mustivar, Kane, Dario Frederiko, Rauf Əliyev və Jozef-Monrozdan ibarət heyətlə çıxacaq.Meydan sahiblərinin heyətində isə Emiliyus Zubas, Din Mori, Daniel Felczer, Amir Rustom, Şay Mazor, Avişay Koen, İsmaila Soro, Tambi Saqas, Dor Yan, Mohammed Qadir və Alban Pnişi yer alacaqlar.Cavab qarşılaşmasının baş hakimi Daniele Doveri olacaq. Ona Alessandro Kostantso və Alesio Tolfo kömək edəcəklər. Fabritsio Paskua dördüncü hakim funksiyasını yerinə yetirəcək.Oyunun hakim-inspektoru fransalı Stefan Lannoy, UEFA nümayəndəsi isə estoniyalı Tarqo Kaldoya olacaq.Qeyd edək ki, “Neftçi” “Bney Yehuda”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin qalibi ilə qarşılaşacaq. İsveç komandası evdə keçirdiyi ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər