"Neftçi" - “Speranta”nı darmadağın etdi (YENİLƏNİB)
18
iyl
2019
23:07
İyulun 18-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Speranta” oyunu başa çatıb.BAKU.WS xəbər verir ki, “Bakcell Arena”da keçirilən “Neftçi”-“Speranta” cavab oyununda ilk qol on səkkizinci dəqiqədə vurulub. Paytaxt təmsilçisinin heyətində Vangelis Platellas qapıçının səhvindən sonra hesabı açıb – 1:0. Qarşılaşmanın 24-cü dəqiqəsində “Neftçi” komandası ikinci topu rəqibin qapısından keçirərək hesab arasındakı fərqi artırıb. Bu dəfə “Ağ-qaralar”ın heyətində Dario Frederikoya qarşı kobud oyuna görə təyin olunan 11 metrlik cərimə zərbəsini Emin Mahmudov dəqiq yerinə yetirib - 2:0.Bundan dörd dəqiqə sonra qapıçımız Səlahət Ağayev rəqib futbolçunun zərbəsindən sonra topu küncə çıxarıb.Oyunda daha bir qol 40-cı dəqiqədə vurulub. Vangelis Platellas özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. Bundan iki dəqiqə sonra Vangelis Platellasın gözəl ötürməsindən sonra Dario Frederiko uzaq küncü dəqiq nişan alaraq fərqlənib – 4:0. Birinci hissə elə bu hesabla bitib.İkinci hissədə də “Neftçi” komandası yenidən hesabda fərqlənib. Görüşün 67-ci dəqiqəsində Stiven-Jozef Monroz komandasının beşinci qolunu vurub. Meydana 71-ci dəqiqədə daxil olan İsmayıl Zülfüqarlı cəmi 7 dəqiqə sonra fərqlənib. İ.Zülfüqarlı komanda yoldaşı Rəhman Hacıyevin ötürməsini dəqiq yerinə yetirərək görüşdə 6-cı qolu rəqibin qapısından keçirib. Beləliklə, “Neftçi” klubu doğma meydanda Moldovanın “Speranta” komandasını 6:0 hesabı ilə darmadağın edib.Qeyd edək ki, Azərbaycanın Avropa Liqasındakı təmsilçisi rəqiblə səfərdə keçirilən ilk qarşılaşmadan sərfəli nəticə ilə qayıdıb. Kişineuda keçirilmiş ilk görüş Roberto Bordinin yetirmələrinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.“Ağ-qaralar” növbəti mərhələdə Avroliqanın debütantı Rusiyanın “Arsenal” (Tula) komandası ilə qarşılaşacaq.19:49“Neftçi” və Moldovanın “Sperantsa” komandalarının Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçı üçün start heyətləri açıqlanıb.BAKU.WS xəbər verir ki, kollektivlər “Bakcell Arena”da baş tutacaq görüş üçün “11-lik”lərini təqdim ediblər:"Neftçi": 1. Səlahət Ağayev (q), 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 11. Vangelis Platellas, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven-Jozef Monroz, 36. Mamadu KaneBaş məşqçi: Roberto Bordin"Sperantsa": 1. Denis Makoqonenko, 5. Mixail Bolun, 6. Nogueira Barbosa, 9. Ponce Ramirez, 11. Ambasso Eloundou, 15. Pula Perea, 22. Ştefan Efros, 31. İon Arabaci, 87. Ruslan Çelari, 93. Maksim YurkuBaş məşqçi: Kristian Efros Qeyd edək ki, matç saat 21:00-da başlayacaq. “Neftçi” Moldovada keçirilən ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
“Neftçi” səfərdə rəqibini məğlub etdi (YENİLƏNİB)
Avropa Liqasının I təsnifat mərhələsinin “Speranta” (Moldova) – “Neftçi” (Azərbaycan) oyununda üçüncü qol vurulub.Kişinyovda keçirilən matçın 76-cı dəqiqəsində...