“Neftçi” səfərdə rəqibini məğlub etdi (YENİLƏNİB)

“Neftçi” səfərdə rəqibini məğlub etdi (YENİLƏNİB)
İdman 584
Avropa Liqasının I təsnifat mərhələsinin “Speranta” (Moldova) – “Neftçi” (Azərbaycan) oyununda üçüncü qol vurulub.Kişinyovda keçirilən matçın 76-cı dəqiqəsində Bakı təmsilçisi fərqi 3 topa çatdırıb. Komandamızın heyətində bu dəfə Rəhman Hacıyev fərqlənib. Qarşılaşma bu hesabla da başa çatıb. “Speranta” (Moldova) -“Neftçi” (Azərbaycan) - 0:3.Saat. 22:01Avropa Liqasının I təsnifat mərhələsinin “Speranta” (Moldova) – “Neftçi” (Azərbaycan) oyununda ikinci hissə start götürüb.Kişinyovda keçirilən matçın ilk 45 dəqiqəsindən sonra bakılılar öndədirlər - 2:0. Saat. 21:46Avropa Liqasının I təsnifat mərhələsinin “Speranta” (Moldova) – “Neftçi” (Azərbaycan) oyununda komandalar fasiləyə yollanıb.Kişinyovda keçirilən matçın ilk 45 dəqiqəsindən sonra bakılılar 2:0 hesabı ilə öndədirlər. Saat. 21:36Avropa Liqasının I təsnifat mərhələsinin “Speranta” (Moldova) – “Neftçi” (Azərbaycan) oyununda hesab dəyişib.Kişinyovda keçirilən matçın 36-cı dəqiqəsində Topaz Premyer Liqasının gümüş mükafatçısı fərqi artırıb. Stiven Jozef-Monroz "Neftçi"nin ikinci qolunu vurub. Saat. 21:16Avropa Liqasının I təsnifat mərhələsinin “Speranta” (Moldova) – “Neftçi” (Azərbaycan) oyununda hesab açılıb.Kişinyovda keçirilən matçın 16 dəqiqəsində bakılılar hesabı açıblar. Emin Mahmudov penaltidən fərqlənib. Saat. 21:00Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçirilir.Bakının “Neftçi” klubu mövsümə səfərdə başlayır. “Ağ-qaralar” Moldovada “Speranta” ilə üz-üzə gəlir. Vaxtilə bu ölkədə çalışan Roberto Bordinin rəqibi daha yaxşı tanıması paytaxt klubunun lehinədir.Oyun Moldova klubunun doğma meydanında deyil, Kişinyovda keçirilir. Bu amil “ağ-qaralar”ın rəqibinin daha kiçik dəstəklə qalacağı deməkdir. Bakıdan Kişinyova öz hesablarına yollanan azsaylı “Forza Neftçi” azarkeşlərinin dəstəyi isə Azərbaycanın vitse-çempionuna yardım olacaq.Qeyd edək ki, komandalar cavab oyununu iyulun 18-də keçirəcəklər.Avropa LiqasıI təsnifat mərhələsiİlk oyun11 iyul21:00. “Speranta” (Moldova) – “Neftçi” (Azərbaycan) - 0:0Baş hakim: Timoti Marşall (Şimali İrlandiya)“Speranta”: 34. Daniel Avdyuşkin, 4. Dayron Mendosa, 5. Mihael Bolun, 6. Bruno Barbosa, 9. Felipe Ramires, 11. Fabrise Elundu, 15. Oliver Perea, 17. İçaka Tyehi, 22. Ştefan Efros, 93. Maksim Yurku, 98. Alişer MirzoyevEhtiyat oyunçular: 1. Denis Makoqonenko, 8. Konstantin Sandu, 10. İon Draqan, 20. Luis Misas, 23. İsa Yusuf, 31. İon Arabaci, 87. Ruslan ÇelariBaş məşqçi: Kristian Efros“Neftçi”: 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 10. Dario Frederiko, 11. Vanqelis Platellas, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36.Mamadu KaneEhtiyat oyunçular: 30. Aqil Məmmədov, 6. Voislav Stankoviç, 7. Namik Ələskərov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 33. Turan Vəlizadə, 80. İsmayıl ZülfüqarlıBaş məşqçi: Roberto BordinKişinyov. “Zimbru” stadionu

Oxşar xəbərlər

“Səbail” öz meydanında məğlub oldu - YENİLƏNİB

“Səbail” öz meydanında məğlub oldu - YENİLƏNİB

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Səbail” Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşıb.BAKU.WS xəbər verir ki, Bak...

500 İdman 22:00 11 iyul 2019

Son xəbərlər