“Neftçi”dən daha bir transfer
16
iyn
2019
20:15
Bakının "Neftçi” klubu daha bir transferini rəsmiləşdirib.BAKU.WS xəbər verir ki, klub fransalı futbolçu Stiven Jozef-Monroz ilə 2 il müddətinə müqavilə bağlayıb. 28 yaşlı hücumçu komandanın heyətində 28 nömrəli formanı geyinəcək.Sonuncu klubu "Qəbələ” (2017-2019) olan Jozef-Monroz Fransanın "Lans” (2008-2011), "Şatoru” (2010), "Brest” (2015-2017), Belçikanın "Kortreyk” (2011-2012) və "Genk” (2012-2015) komandalarında çıxış edib. Belçika (2013) və Azərbaycan (2019) kubokunun qalibi olan futbolçu Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət milli komandalarında oynayıb.Xatırladaq ki, "Neftçi” bundan əvvəl müdafiəçi Voislav Stankoviç, hücumçu Rauf Əliyev və yarımmüdafiəçi Dario Frederiko ilə müqavilə bağlamışdı.
Oxşar xəbərlər
"Neftçi" braziliyalı futbolçu ilə müqavilə imzalayıb
Dario Frederiko "Neftçi”yə qayıdıb. Braziliyalı futbolçu ilə 2 il müddətinə müqavilə imzalanıb. 27 yaşlı yarımmüdafiəçi Bakı təmsilçisinin heyətində 10 nömrəli...