"Neftçi" yeni futbolçu alıb
08
dek
2018
16:47
"Neftçi” klubu qısa zaman kəsiyində daha bir futbolçu transferi həyata keçirib. Məlumata görə, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə 2,5 illik müqavilə bağlanıb. O, 3 nömrəli formanı geyinəcək.Sonuncu klubu "Jalgiris” (Litva, 2016-2018) olan Mbodj "Dakar Sakre Kour” (Seneqal, 2011-2014), "Srvena Zvezda” (Serbiya, 2014-2016), "Napredak” (Serbiya, 2014) komandalarında da çıxış edib. "Jalgiris”lə Litva çempionatının (2016), kubokunun (2015/2016, 2016) və Super Kubokunun (2016, 2017) qalibi olan futbolçu Seneqalın U-20 və U-23 milli komandalarının da şərəfini qoruyub.Qeyd edək ki, bir neçə gün əvvəl qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3 illik müqavilə bağlanmışdı.BAKU.WS
Oxşar xəbərlər
"Sumqayıt"da yeni transfer
"Sumqayıt" növbəti futbolçunu heyətinə cəlb edib.BAKU.WS xəbər verir ki, 2011-2015-ci illər aralığında komandanın şərəfini qorumuş Orxan Əliyevlə mövsümün sonun...