"Sumqayıt"da yeni transfer

Sumqayıtda yeni transfer
İdman 1039
"Sumqayıt" növbəti futbolçunu heyətinə cəlb edib.BAKU.WS xəbər verir ki, 2011-2015-ci illər aralığında komandanın şərəfini qorumuş Orxan Əliyevlə mövsümün sonuna qədər müqavilə imzalanıb. Adıçəkilən futbolçu "Sumqayıt" FK-da 8 nömrəli formada çıxış edəcək.Qeyd edək ki, 22 yaşlı Əliyev 2011-2015-ci illər ərzində "Sumqayıt"ın heyətində meydana çıxdığı 73 qarşılaşmada 14 dəfə rəqib qapılarına yol tapıb. Son mövsümü "Zirə"də (5 oyun) keçirmiş yarımüdafiəçi "Xəzər Lənkəran" (8 oyun) və "Kəpəz"in də (39 oyun, 3 qol) şərəfini qoruyub. Orxan Əliyev həmçinin U-16 (1 oyun), U-17 (5 oyun, 1 qol), U-18 (1 oyun), U-19 (5 oyun) və U-21 (3 oyun) millilərimizin də formasını geyinib.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Premyer Liqada IV turun oyun cədvəli açıqlanıb

Premyer Liqada IV turun oyun cədvəli açıqlanıb

Azərbaycan Premyer Liqasında IV turun oyun cədvəli açıqlanıb.BAKU.WS-in məlumatına görə, turun oyunları 3 günü əhatə edəcək.14 sentyabr“Sumqayıt” – “Qarabağ”“AS...

1091 İdman 18:35 11 sentyabr 2018

Son xəbərlər