"Fənərbağça"nın oyunçusu "Neftçi"də

Fənərbağçanın oyunçusu Neftçidə
İdman 926
"Neftçi” PFK transfer çalışmalarını davam etdirir.BAKU.WS-in klubun saytına istinadən verdiyi məlumata görə, gənc futbolçu Turan Vəlizadə ilə 3 illik müqavilə bağlanıb. 18 yaşlı mərkəz yarımmüdafiəçisi komandamızın heyətində 33 nömrəli formanı geyinəcək."Əlincə”nin yetirməsi olan Turan Vəlizadə "Qarabağ”ın və Türkiyənin "Fənərbağça” klubunun aşağı yaş qrupunda, eləcə də 16 və 17 yaşadək milli komandalarımızda çıxış edib. O, U-19 yığmamızın üzvüdür.Qeyd edək ki, bunadək qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə isə 2,5 illik müqavilə bağlanmışdı.BAKU.WS

Oxşar xəbərlər

"Neftçi" yeni futbolçu alıb

"Neftçi" yeni futbolçu alıb

"Neftçi” klubu qısa zaman kəsiyində daha bir futbolçu transferi həyata keçirib. Məlumata görə, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə 2,5 illik müqavilə...

1161 İdman 16:47 08 dekabr 2018

Son xəbərlər