Valverdedən "Qarabağ"la oyun öncəsi AÇIQLAMA: "Əsas hədəfimiz La Liqadadır"

"Qarabağ"la qarşılaşma öncəsi "Atletik Bilbao" klubu heyətini bərpa etməyə çalışır.
BAKU.WS-in məlumataına görə, komandanın iki əsas üzvü - İnyaki Vilyams və Oihan Sanset zədələrini tam bərpa edərək artıq məşqlərə qatılıblar.
Bu, baş məşqçi Ernesto Valverde üçün vacib qarşılaşmalar ərəfəsində ciddi üstünlük sayılır.
Bilbao təmsilçisi hazırda La Liqanın 9-cu turunda "Elçe" ilə görüşə hazırlaşır. "Mallorca"ya qarşı qazanılan qələbə ilə mənfi seriyasına son qoyan Valverdenin komandası həm La Liqada, həm də Çempionlar Liqasında növbəti mərhələyə irəliləmək üçün güc toplayır.
Qeyd edək ki, "Qarabağ"la görüş bu baxımdan klub üçün böyük əhəmiyyət daşıyır.
Ernesto Valverde son açıqlamasında Çempionlar Liqasındakı iki məğlubiyyətə ("Arsenal" və "Dortmund" qarşısında) baxmayaraq, komandaya inandığını bildirib:
"Mən komandada həyəcan və ya panika görmürəm. Qələbəsiz qalmaq xoş deyil, amma əsas odur ki, bu səviyyədə düzgün rəqabət aparaq. "Arsenal" və "Dortmund" kimi komandalar səhvləri bağışlamır. Oyunda 2:1-ə qədər gəldik, bərabərlik şansı da vardı, amma nəticə 4:1 oldu və sanki bizi əziblər kimi görünür. Amma biz bundan dərs çıxarırıq".
Valverde həmçinin deyib ki, diqqət yalnız La Liqadakı növbəti matçlara yönəlib: "Hazırda "Qarabağ" haqqında düşünmək istəmirəm, əsas hədəfimiz La Liqada sabitliyi qorumaqdır. Bu bizim üçün ən vacib yarışdır".
Oxşar xəbərlər
Marko Yankoviçin son durumu BİLİNDİ
"Qarabağ"ın zədəli yarımmüdafiəçisi Marko Yankoviç komanda ilə birgə məşqlərə qoşulub. Bunu BAKU.WS-ə açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Anar Hacı...
