UEFA-dan "Qarabağ"a PİS XƏBƏR
UEFA İntizam Komitəsi "Qarabağ" klubunu 17 500 avro cərimələyib.
BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, buna səbəb azarkeşlərin UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Bakıda Almaniyanın "Ayntraxt" klubuna qarşı keçirilən oyunda səsləndirdiyi şüarlar olub.
Ağdam təmsilçisinin cərimələnməsinə "idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi" və "ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması" səbəb kimi göstərilib. Bundan əlavə, "Qarabağ"ın bilet nəzarəti qaydalarını da pozduğu bildirilib.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı təmsilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Oxşar xəbərlər
Kriştiano Ronaldo karyerasını bitirdikdən sonra nə edəcəyini açıqladı – "Futbol böyük boşluq yarada bilər"
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo futbolçu karyerasını başa vurduqdan sonrakı həyatına dair...