Türkiyəli jurnalist: Bakıda "Formula 1" yarışı möhtəşəm təşkil olunub
Təşkilatçılıq möhtəşəmdir.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında "Motorsport" nəşrində işləyən türkiyəli jurnalist Kemal Şengül "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.
O, Bakıya ilk dəfə gəldiyini söyləyib:
"Daha əvvəl bir çox ölkələrdə "Formula 1" yarışında olmuşam. Şəhər trasında birinci təcrübəmdir. Yarışdan əvvəl Bakını gəzmək fürsətim də olub. Möhtəşəm şəhərdir. Mənə bir az Türkiyəni xatırlatdı. Bakı trası da gözəldir. Küçə dövrəsi təşkil etmək çox çətindir. Azərbaycan Qran-prisi "Formula 1"də məşhur mərhələlərdən biridir. Həqiqətən çox gözəl trasdır. Mən çox bəyəndim".
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
Oxşar xəbərlər
İranlı futbolçular Asiya Kubokunda himni oxumayıb
İran qadın futbol millisi Asiya Kuboku çərçivəsində Cənubi Koreyaya qarşı keçirilən oyundan əvvəl dövlət himnini oxumayıb. BAKU.WS xəbər verir ki, bu barədə "M...