Sərbəst güləş üzrə Azərbaycan yığması Avropa üçüncüsü olub
10
apr
2019
23:21
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.BAKU.WS-in məlumatına görə, 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız ümumilikdə 145 xal toplayaraq komanda hesabında Rusiya (162) və Türkiyədən (156) sonra 3-cü yeri tutub.Millimizə xalları 8 güləşçi qazandırıb. Komandamızın hesabına çempionlar - Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov hərəyə 25, gümüş medalçı Ağahüseyn Mustafayev 20, bürünc medalçılar - Mahir Əmiraslanovla Nurməhəmməd Hacıyev hərəyə 15, beşinci yerlə kifayətlənən Hacımurad Hacıyev və Murad Süleymanov isə hərəyə 10 xal yazdırıb.BAKU.WS
Oxşar xəbərlər
Daha bir güləşçimiz Avropa Çempionatında qızıl medal qazanıb
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı davam edir.BAKU.WS-in Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, ikinci yarış...