Güləşçilərimiz dünya çempionatında bir medalla kifayətlənib
22
okt
2018
22:23
Azərbaycanın sərbəst güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bir medalla kifayətlənib.Bu növ üzrə 10 pəhləvandan yalnız Cəbrayıl Həsənov mükafatçılar sırasına düşməyi bacarıb. 28 yaşlı idmançı bu gün keçirilən final görüşündə ABŞ təmsilçisi Kayl Duqlas Deykə uduzaraq, gümüş medal əldə edib.Qalan sərbəst güləşçilərə gəldikdə, Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (70 kq), Murad Süleymanov (86 kq) və Camaləddin Məhəmmədov (125 kq) təsnifat mərhələsində, Pərviz İbrahimov (61 kq) və Şərif Şərifov (92 kq) 1/8 finalda, Georgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (74 kq) və Aslanbek Alborov (97 kq) 1/4 finalda uduzaraq, mübarizəni dayandırıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan kikboksçuları Avropa çempionatında 7 medal qazandı (FOTO)
Slovakiyanın paytaxtı Bratislavada keçirilən kikboksinq üzrə WAKO Avropa çempionatı başa çatıb.BAKU.WS-in məlumatına görə, ötən gün finalda yarışan dörd idmançı...